Sakinlərin etirazı, cavab verən yox

Sakinlərin etirazı, cavab verən yox

"Yeni Sabah.az"da isə "Qanlıgöl ətrafındakı sakinlər etiraz etdi - Video" sərlövhəli məqalə oxumaq olar.
 
Müəllif Bakının Yasamal rayonuunda " Qanlıgöl" adlanan ərazidə körpü və bina tikintisilə ilə bağlı aparılan işlərin burada yaşayan sakinlərin evlərinin qəzalı vəziyyətə düşdüyünü bildirir, bu barədə sakinlərlə söhbətləşir.
 
Yazı müəllifi sakinlərə istinadən bildirir ki, burada evlər qəzalı vəziyyətə düşüb, ailələrin həyatı üçün təhlükə yaranıb və sakinlər tərəfindən şikayətlər artmaqda davam edir.
 
Müəllif burada 1999-cu ildən yaşayan sakinlərdən birinə istinadən ərazidə yaranan təhlükəli mənzərəni belə təsvir edir:
 
"Qazıntı işləri gedirdi. Texnikaları dayandırmışıq.Körpü- bina tikintisinin texnikalarıdır. Evlərimiz qəzalı vəziyyətə düşüb. Yamalar (oxu-çuxurlar) qazıblar, hər tərəfi açıqdır. Uşaqlarımız ora düşsə, xəsarət ala bilərlər. Təhlükəsizliyi qorumurlar. Evimizin qəzalı vəziyyətdə olması ilə əlaqədar bu gün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişik. Dedilər ki, gəlib baxacağıq, hələ ki, məlumat yoxdur. Sakinlər hamısı etiraza çıxıb".
 
Müəllif deyir ki, sakinlərə vəziyyətlə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətindən nümayəndə gələcəyini söyləyiblər, amma nə icra hakimiyyətindən gələn var, nə də bu tikintini aparan qurumun məsullarından kimsə çıxıb sakinlərə nə baş verdiyini izah edir.
 
Müəllif yenə də sakinlərə istinadən bildirir ki, bu ərazidə qazıntı işlərini aparan qurumun texnikalarına nəzarət edən şəxslərdən biri sakinləri sakitləşdirmək üçün və ya daha hansı məqsədlə icraya müraciət etdiklərini, bura nümayəndə gələcəyini bildirib.
 
Yazı müəllifinin deməsinə görə, Yasamal Rayon İcra Hakimiyyətinə məxsus avtomobillər ərazidə o yandan, bu yandan keçsələr də əhali ilə təmasa çıxmayıblar: "Baxırlar ki, sakinlər yığılıb bura, çıxıb sakinlərlə ünsiyyətdə olmurlar ki, camaat sözünü desin", bunu isə sakinlərdən biri bildirir.
 
Müəllif isə deyir ki, məsələ ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətilə əlaqə saxladıqda Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən bildiriblər ki, sakinlərin toplanmasından, aksiya haqda xəbəri yoxdur.
 
Müəllifin deməsinə görə, icra hakimiyyətindən həmin ərazilərin Mənzil İnşaat Dövlət Agentliyinə məxsus olduğunu bildiriblər.
 
"Bu dövlətin layihəsidir, iş gedir. Ora Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) ərazisidir, sosial evlər tikilir. İcradan nümayəndə göndərərik, baxaq görək camaatın şikayəti nədir ".
 
Müəllif isə ərazidə yaranmış bu vəziyyətdə sakinlərin təhlükəsizlik msələlərinin necə təmin ediləcyinin hələ də açıq qalmaqda davam etdiyini diqqətə çatdırır.
 

Google+ WhatsApp ok.ru