Salyandakı qəzada ölənlərin sayı 3-ə çatıb - FOTOLAR

Yeni ilin başlamasına 4-5 saat qalmış Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində baş vermiş ağır qəzanın qurbanlarının sayı 3-ə çatıb.
 
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, hadisə nəticəsində yaralanaraq ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən şəxslərin biri - 1977-ci il təvəllüdlü İmanov İlkin Qalib oğlu da dünyasını dəyişib. 
 
Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Digər yaralı - 1977-ci il təvəllüdlü Sadıqov Ülvi Nurəddin oğlunun xəsarətləri yüngül olduğundan o, evə buraxılıb.
 
Qəzaya uğrayan gənclər Salyan şəhər sakinləridir. Onlar Bakıda işləyirmiş. Kirayədə qalan gənclər Yeni ili doğmaları ilə qarşılamaq üçün Salyana gəlirmiş. /
 

 

 

Google+ WhatsApp ok.ru