Salyanda körpələrin əsl ölüm səbəbi - Videofakt 23 İyun 2016 01:00 Xəbərlər Bir neçə gün əvvəl Salyanda dünyaya gələn üçəmlərdən ikisinin dünyasını dəyişməsi hər kəsin ürəyini ağrıtdı. Valideynləri doğuşdan sonra kuvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə bildirirdilər ki, uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi yoxdur. Baş həkim Hüseynağa Həsənov bildirmişdi ki, körpələr işıqlar sönməmişdən əvvəl dünyasının dəyişiblər. Bizimyol.info saytına təqdim olunan həvəskar videoçəkiliş isə sübut edir ki, işıqlar sönən zaman körpələr sağ olub. İşıq sönən zaman yaxınları narahatlıqla bildirirlər: “İşıqlar sönüb, uşaqların üçü də aparatdadır, nəfəsləri kəsilib ölməsələr yaxşıdır…”. Əgər uşaqlar işığın sönməsindən əvvəl ölmüş olsaydı, yaxınları bundan xəbərdar olmalıydı.(bizimyol) Teqlər : #Salyanda körpələrin əsl ölüm səbəbi Videofakt, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DEVAMM ayətullah Şeyx İsa Qasimin təqiblərinə etiraz edir ARM Şeyx İsa Qasim barədə çıxarılan qərarla bağlı bəyanat verdi