Samuxda ata və 11 yaşlı oğlu yanıb

Samuxda ata və övladı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
 
APA-nın verdiyi məlumata görə, Samuxun Kolayır kəndində 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb. Güclü alov nəticəsində  A. Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar.
 
A. Məmmədov Təcili Tibbi Yardım Xəstəxanasına, övladı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir. /

Google+ WhatsApp ok.ru