Samuxda avtomobil ağaca çırpıldı: 2 ölü, bir neçə yaralı

Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Çobanabdallı kəndinə gedən yolda qeydə alınıb. "Daewoo" markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Google+ WhatsApp ok.ru