Samuxda dəhşətli qəza: ölənlərin sayı 5 nəfərə çatıb - Yenilənib

Samux rayonunda baş verən dəhşətli yol qəzasında ölənlərin sayı 5-ə çatıb.

Gəncə Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, stansiyaya çatdırılanlardan biri orada keçinib.

Artıq ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşib. Ölən şəxslər bunlardır:

Zöhrab Məmmədov (sürücü)

Maral İsmayılova

Hicran İsmayılova

Kafya İsmayılova

Məleykə Həsənova (azyaşlı).

Bundan başqa, Fatimə Məmmədova (3 yaş), Namilə İsmayılova, Rəqsanə Məmmədova, Zöhrə Məmmədova ağır, Sənan Hüseynov (10 yaş), Yusif Verdiyev (2 yaş) isə yüngül bədən xəsarətləri alıblar.

Ölən və yaralananların bir ailənin üzvü olduqları, yaxınlarının yas mərasimindən qayıtdıqları bildirilir.

***
Samuxda dəhşətli qəza baş verib.
 
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədən İmamzadə dini kompleksinə gedən yolda, Samux rayonu ərazisində dəhşətli qəza baş verib.
 
"VAZ 2106" markalı avtomobilin sürücüsü yolötürücünün üzərində olarkən idarəetməni itirib. Maşın əvvəlcə körpünün məhəccərlərinə, daha sonra isə 15 metr hündürlükdən yerə çırpılıb.
 
Şahidlərin bildirdiyinə görə, avtomobildə bir neçə uşaqla birlikdə ümumilikdə 11 nəfər olub. Onların əksəriyyəti həyatlarını itiriblər.
 
Samux rayon Dövlət Yol Polisi əməkdaşları sürücünün və həlak olanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində iş aparır. /

Google+ WhatsApp ok.ru