SANA: “ABŞ koalisiyasından Suriyada daha bir qətliam: 60 nəfər həlak oldu”

SANA: “ABŞ koalisiyasından Suriyada daha bir qətliam: 60 nəfər həlak oldu”

Suriya Dövlət Xəbər Agentliyi (SANA) ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın Deyr Əz-Zor bölgəsində təşkil etdiyi hava hücumunda xeyli sayda insanın öldüyünü və yaralandığını bildirib.
 
Maide.Az "deyerler.org"a istinadən xəbər verir ki, SANA yerli mənbələrə əsaslanaraq belə qeyd edib: “Beynəlxalq koalisiyanın Deyr Əz-Zorun şərqindəki Şaafa kəndinə etdiyi hava hücumundan dinc sakinlər arasında 60-dan çox insanın öldüyü və yaralandığı bildirilir”.
 
Xatırladaq ki, ABŞ-ın koalisiya qüvvələri müntəzəm olaraq, Deyr Əz-Zorda Hacin şəhəri ilə Şaafa kəndini bombalayır.
 

Google+ WhatsApp ok.ru