Sankt-Peterburqda üç azərbaycanlı tutulub 08 Sentyabr 2017 01:00 Dünya Sankt-Peterburqda oğurluq və soyğunçuluq törətməkdə təqsirləndirilən üç azərbaycanlı həbs edilib. APA-nın "Fontanka"ya istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarının yaydığı məlumatda bildirilir ki, 23, 24 və 26 yaşlarında olan təqsirləndirilənlər yuxu dərmanından istifadə edərək bir neçə şəxsi qarət ediblər. Onlar bu ilin mart ayında maşınlarına əyləşən 30 yaşlı qadına tərkibinə yuxu dərmanı qatılmış içki içirdikdən sonra onun 170 min rublunu, iki həftə sonra isə eyni üsulla 33 yaşlı kişinin evindən 210 min rubl oğurlayıblar. Polis əməkdaşları tərəfindən aparılan axtarış zamanı təqsirləndirilən şəxslərdən qeyd olunan tibbi məhsul, eləcə də mobil telefon və zərgərlik əşyaları götürülüb. Araşdırmalar davam etdirilir. Teqlər : #SanktPeterburqda üç azərbaycanlı tutulub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təlafərdə öldürülən azərbaycanlı İŞİD-çilərin pasport fotoları yayıldı - FOTO Qahirədə polislə terrorçular arasında atışma olub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO