Savçenko quru aclığa başlayıb

Rusiya məhkəməsinin hökmü ilə 22 il müddətə azadlıqdan məhrum edilmiş Ukraynalı hərbi qulluqçu Nadejda Savçenko məhkəmənin qərarına etiraz edərək quru aclığa başlayıb.
 
Bunu Twitter səhifəsində Savçenkonun vəkili Mark Feyqin xəbər verib.
 
Rusiya məhkəməsi tərəfindən Nadejda Savçenko Donbasda iki rusiyalı jurnalistin qətlində əli olmaqda, dinc əhalinin həyatına təhlükə yaratmaqda və Rusiyanın dövlət sərhədini qeyri-qanuni keçməkdə ittiham olunmuşdu.
Savçenko ittihamları rədd edir.
 
Ukraynalı qadın pilot ona qarşı məhkəmə hökmü oxunmazdan əvvəl söz vermişdi ki, hökm qüvvəyə minəndə quru aclıq elan edəcək.
 
Məhkəmənin hökmü qüvvəyə aprelin 5-dən minib.
Məhkəmə qərarı mart ayının sonunda çıxarılıb.
Nadejda Savçenko Rusiya məhkəməsinin legitimliyini tanımaqdan imtina edib.
 
Ukrayna prezidenti Petro Poroşenko Rusiya rəsmilərinə Savçenkonu Ukraynada həbsdə saxlanılan iki rusiyalı vətəndaşa dəyişdirməyi təklif edib, lakin bu məsələyə dair qərar hələlik qəbul edilməyib.
Sonuncu dəfə Savçenko məhkəmədə onun son söz çıxışının təxirə salınmasına etiraz edərək quru aclığa martın 3-də başlamışdı, təxminən bir həftədən sonra o, su içməyə başladı.bbc /
 

 

Google+ WhatsApp ok.ru