Saxlanılan sərxoş sürücülərin sayı bəlli oldu - RƏSMİ

Saxlanılan sərxoş sürücülərin sayı bəlli oldu - RƏSMİ

Ötən həftə ərzində Bakı şəhəri üzrə , 317 sərxoş vəziyyətdə sürücü saxlanılıb, məsuliyyətə cəlb edilib.
 
Bunu İnterpress.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. 
 
Bölmə rəisi ümumilikdə isə ötən həftə 23912 inzibati protoklolun tərtib edildiyini də bildirib.
 
“317-si sərxoş vəziyətdə saxlanılıb. 925 işıqforun qırmızı işığında keçib. Ötmə manver qaydalarını pozan 185, sərnişindaşımada isə qaydaları pozan 132 sürücü məsuliiyyətə cəlb olunub. 3300 piyada barəsində isə inzibati protokol tərtib edilib”.
 
 

Google+ WhatsApp ok.ru