Sel Şamaxıda əkinləri yuyub apardı, kəndlə əlaqəni kəsdi 09 May 2016 01:00 Hadisə Maide.Az "KANAL S"-ə ( Region TV) istinadən xəbər verir ki, Şamaxıya yağan leysan yağışları və dolu Ərciman və Çağan kəndlərində bir sıra fəsadlar törədib. Ərciman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfata ciddi ziyan dəyib. Sakinlərin əkin sahəsini sel yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub. Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərciman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib. 655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir. Teqlər : #Sel Şamaxıda əkinləri yuyub apardı,#kəndlə əlaqəni kəsdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gədəbəydə pomidordan zəhərlənən qadın ölüb Sumqayıtda transformator yanıb