`Seltik` azarkeşləri Fələstinə yardım edəcək

`Seltik` azarkeşləri Fələstinə yardım edəcək

 
Çempionlar Liqasının pley-off mərhələsində baş tutan "Seltik" (Şotlandiya) - "Hapoel" Beer Şeva qarşılaşmasında (5:2) meydan sahiblərinin azarkeşlərinin İsrailə etiraz əlaməti olaraq, stadiona Fələstin bayraqlarıyla gəlmişdi.
 
UEFA İntizam Komitəsi şotland azarkeşlərin bu hərəkətiylə bağlı araşdırma başladıb. Şotlandiyalı azarkeşlər bu hərəkətinə görə cəzalandırılacaq.
 
Bundan narazı olan şotland azarkeşlər yeni etiraz üsuluna əl atıb. Belə ki, "Green Brigade" fan klubu fələstinlilərə yardım kompaniyasına başlayıb. Fan klub 15 min funt-sterlinq məbləğində pul toplamağı planlaşdırdıqlarını açıqlayıb. Toplanmış pul fələstinlilər üçün tibbi ləvazimat alınmasına xərclənəcək. (sportal.az) / 

Google+ WhatsApp ok.ru