Senat Trump-ın vəzifəsindən kənarlaşdırılması əleyhinə səs verdi

Senat Trump-ın vəzifəsindən kənarlaşdırılması əleyhinə səs verdi

Respublikaçıların çoxluğa malik olduqları ABŞ Senatı prezident Donald Trump-ın impiçment mühakiməsində ona qarşı hər iki ittihama xitam verib.
 
Senatorlar fevralın 5-də prezidentin üzərindən birinci ittihamın – səlahiyyətlərindən sui-istifadə ittihamının götürülməsinə partiya mənsubiyyətləri prinsipi ilə 52-48 nisbətində səs veriblər.
 
Konqresin ədaləti araşdırmasına maneçilik törədilməsinə dair ikinci ittihama xitam verilməsinin leyhinə 53, əleyhinə isə 47 senator səs verib.
 
Respublikaçılardan Trump-ın əleyhinə səs verən yalnız senator Mitt Romney olub.
 
Beləliklə, prezident Donald Trump-ın impiçment mühakiməsi başa çatıb. /azadliq.org
 
 

Google+ WhatsApp ok.ru