Seneqal Əhli-Beyt (ə) davamçılarının lideri vəfat etdi 19 Avqust 2020 15:35 Dünya Seneqal Əhli-Beyt (ə) davamçılarının lideri höccətül-islam və müslimin Şeyx Nuh Mani vəfat edib. Maide.Az "deyerler.org" istinadən xəbər verir ki, Şeyx Nuh Mani İraq, Livan və Suriyadakı Əhli-Beyt (ə) elmi dini hövzələrində təhsil almış, ölkəsinə qayıtdıqdan sonra 40 ildən çox davam edən geniş təbliğat işləri ilə məşğul olmuşdu. Şeyx Nuh Mani Ziquinxor şəhərində “Rəsuli Əzəm (s) Mərkəzi” quraraq Quran və İtrət təlimlərini təbliğ etmək üçün bir çox tələbə yetişdirmişdi. Əhli-Beyt (ə) məktəbini tanıtdırmaqdakı hərəkətləri və uğurları, habelə bu yolda cəsarət göstərməsi və təqiyyə bəhanəsi ilə bəzi insanların passivliyinə yol verməməsi onu Seneqalın Əhli-Beyt (ə) davamçılarının lideri kimi məşhurlaşdırmışdı. Ömrünün sonuna qədər mərhum Şeyx Mani Rəzuli Əzəm (s) məktəbi və eyni adlı bir məsciddə dini və ictimai fəaliyyətlə məşğul olmuşdur və bu məktəbi bitirən bir çox tələbəsi indi qonşu şəhər və rayonlarda din təbliği ilə məşğuldur. Şeyx Nuh Maniyə təkcə şiələr deyil, həm də bölgədəki bütün insanlar yaxşı davranışlarına və müxtəlif xidmətlərinə görə hörmət edirdilər. Seneqal Əhli-Beyt (ə) davamçılarının liderinin pak nəşi Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının üzvlərinin çiyinlərində “Ləbbeyk ya Hüseyn” şüarı ilə son mənzilə yola salınıb. Koronavirusun xüsusi şərtlərinə baxmayaraq, Əhli-Beyt (ə) davamçılarının əksəriyyəti bu mərasimdə iştirak edib. Teqlər : #Seneqal,#ƏhliBeyt,#(ə),#davamçılarının,#lideri,#vəfat,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İmam Hüseynin (ə) hərəminə qara bayraqlar və matəm rəmzləri asıldı - FOTO Amerikalılar seçkiyə müdaxilə olunacağına inanırlar
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO