Sepah: `Əminliklə deyə bilərik ki, terrorçu əl-Bağdadi ölüb

Sepah: `Əminliklə deyə bilərik ki, terrorçu əl-Bağdadi ölüb

İslam İnqilabının Keşikçilər Korpusunun rəsmisi İŞİD lideri Əbubəkr Bağdadinin öldüyünü təsdiqləyib. 
 
Maide.Az "İRNA" agentliyinə istinadən xəbər verir ki, Ə.Şirazi deyi ki, terrorçular regionda Ali Rəhbər Ayətullah Xameneinin İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah)-ın xarici əməliyyatlar üçün yaradılmış "Qüds" qanadındakı nümayəndəsi höccətülislam Əli Şirazi bu gün İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadinin ölümü haqqında danışarkən bildirib ki, əminliklə deyə bilərik ki, bu terrorçu ölüb. “Qüds ordusu terrorçular qarşısında qətiyyətlə dayanıb. Bu səbəbdəndir ki, onlar regionda istədikləri məqsədlərinə çata bilmədi”.
 
Ə.Şirazi həmçinin İranın İŞİD terrorçuları əleyhinə raket hücumu haqqında bildirib ki, İranın raket gücü İŞİD-ə dəymiş möhkəm şillə idi. “Bu zərbə terrorçu qruplaşmalarının canına qorxu salıb. İŞİD Amerikanın əlində yetişib və regionun bəzi ölkələri tərəfindən dəstəklənir”. 
 
Qeyd edək ki, İŞİD terror təşkilatının lideri əl-Bağdadinin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən 28 may tarixində Rakka şəhərinə endirdiyi zərbələr nəticəsində məhv edildiyi açıqlanıb. Həmin vaxt terror təşkilatının üzvlərinin yığıncağı keçirilirmiş. Bağdadinin də o yığıncaqda iştirak etdiyi deyilir. /

Google+ WhatsApp ok.ru