SEPAH -dan Ərəbistana sərt xəbərdarlıq

SEPAH -dan Ərəbistana sərt xəbərdarlıq

İran İslam İnqilabı Keşikçilər Korpusunun Dəniz Qüvvələri bəyanat yayaraq Səudiyyə Ərəbistanın Fars Körfəzində keçirdiyi hərbi təlimlərdə iştirak edəcək bütün gəmilərə sərt xəbərdarlıq  edib.
 
Maide.Az İran saytlarına istinadən xəbər verir ki,  xəbərdarlıqda Sepah bildirib ki, hərbi təlimlərdə iştirak edəcək gəmilər İran sularına yaxınlaşmasın. “Səudiyyə Ərəbistanın elan etdiyi hərbi təlimlərdə iştirak edən bütün gəmilər, həm Səudiyyə Ərəbistana məxsus gəmilər və həmçinin digər iştirakçı ölkələrin gəmilərinə xəbərdarlıq edilir. 
 
Sepah bu təlimləri  bölgədə qarşıdurma yaratmaq və Fars Körfəzinin sabitliyini pozmaq məqsədi ilə atılmış addım hesab edir. Bu səbəbdən elan olunmuş təlimlərdə iştirak edən gəmilər İran sularından keçməsi  qadağandır və yaxınlaşmasın. Hətta İran sularına yaxın beynəlxalq sulardanda keçməyin. Ona görə ki, biz indidən bildiririk, əgər yaxınlaşıb keçərsinizsə, bu yaxınlaşma ziyanverici olduğu üçün Sepah Fars Körfəzi və Hörmüz boğazının təhlükəsizliyinin təmini üçün həmişə hazırdır və bu sabitliyi pozacaq hər hansı bir addıma lazımi cavabı verəcək”.
 
Qeyd edək ki, ötən həftə  Səudiyyə Ərəbistanın Hərbi Dəniz Qüvvələri elan etmişdi ki,  gələn həftə  İran sərhədi yaxınlığında Oman dənizi, Fars Körfəzi suları və Hörmüz boğazında hərbi təlim keçirəcək. 
 

Google+ WhatsApp ok.ru