SEPAH ballistik raket sınaqdan keçirdi

İran İslam İnqilabı Keşikçilər Korpusu (Sepah) bu gün səhər geniş miqyaslı hərbi təlimlərə başlayıb. 
Maide.az xəbər verir ki, Fars agentliyinin məlumatına görə, hərbi təlimlər “Vilayət gücü” adı ilə və yalnız raket kopleksləri və zenit qurğularının iştirakı ilə keçirilir. 
Hərbi təlimlərin başlandığı ilk saatlarında Sepah bunkerlərdən ballistik raketləri çıxardaraq onları sınaqdan keçirib.  Hərbi təlimlər İranın hərbi gücünün artırılması və ölkənin bütün təhlükələr qarşısında hazırlıq vəziyyətinin artırılması məqsədi ilə keçirilir. 
Təlimlər ölkənin müxtəlif bölgələrində keçirilir. /
 
 

Google+ WhatsApp ok.ru