Uşaq qidası idxalı artır

2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu gücü 2 min ton olan uşaq yeməyi istehsal edən müəssisənin yaradılması üçün 3 mln manat güzəştli kredit verdiyini bildirib. Altı il keçsə də, zavodun işləyib-işləmədiyi məlum deyil.

Təkcə 2015-ci ildə 2 857,5 ton uşaq qidası idxal edilib. Bu, əvvəlki ildəkindən 5,3% çoxdur. Gömrük Komitəsinin məlumatlarına əsasən, idxalçıların rəsmi xərcləri $22 mln olub. 

Qeyd edək ki, ixracatçı ölkələr (Niderland, Avstriya, Polşa, RF, Almaniya, Türkiyə, Gürcüstan) Azərbaycana 2014-cü ildə $21,8 mln məbləğində uşaq qidası ixrac etdiyini bildirir. Bu, Azərbaycan gömrüyündə bəyan eidləndən $8,3 mln çoxdur.

2011-2015-ci illərdə idxalçıların uşaq qidası alınmasına rəsmi xərcləri $93,7 mln təşkil edib.

Uşaq qidası Azərbaycanda icbari sertifikatlaşdırılmalıdır. Hazırda “Kasp-VC”, “Humana Azerbaycan” və “Dincer and Carcioglu” şirkətlərinin sertifikatı var, deyə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bildirir.

Xatırladaq ki, SKMF (http://anfes.gov.az/files/Hes_2010.pdf) 2 fevral 2010-cu ildə uşaq yeməyi istehsal edən müəssisənin yaradılması layihəsinin maliyyələşdirilməsi barədə qərar qəbul edib. Ümumi qiyməti 13 mln manat olan layihənin investorları «Azərbaycan İnvestisiya Şirkəti», “Diplomat-1” MMC və “HİPP” şirkətidir.

Hazırda “HİPP”in Gürcüstanda uşaq yeməyi istehsal edən müəssisəsi var.

Aşağıda 2011-2015-ci illərdə uşaq qidası idxalı həcmi barədə məlumat verilir (Azərbaycan DGK-nın məlumatları əsasında):

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2015

  ton

2858,57

22009,55

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2014

ton

2713,4

13489,9

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2013

ton

2870,2

21595,8

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2012

ton

2351,1

18947,5

Uşaq yeməkləri, pərakəndə satış üçün çəkilib bükülmüş 2011

ton

2199,1

17675,2

contact /

Google+ WhatsApp ok.ru