Sepah və terrorçular arasında atışma: 4 terrorçu öldürülüb

Sepah və terrorçular arasında atışma: 4 terrorçu öldürülüb

İran Sepah qüvvələri ilə terrorçular arasında atışma baş verib. 
 
Maide.Az “tasnimnews”-a istinadən xəbər verir ki, Iran İslam İnqilabı Keşikçilər Korpusu (sepah) Quru Qoşunları Qüds Qüvvələrinin mətbuat xidmətinin verdiyi məlumata görə, atışma İranın Saravan bölgəsində baş verib. 
 
 
Bu gün səhər İran sərhəddini keçməyə cəhd göstərən terrorçularla baş vermiş atışma nəticəsində 4 terrorçu öldürülüb,  2 terrorçu yaralanıb. 
 
Bir neçə terrorçu isə qonşu ölkənin ərazisinə qaçıb. 
 
Terrorçulardan  silah-sursat və müxtəlif qurğular ələ keçirilib. 
 

Google+ WhatsApp ok.ru