Separatçılar ATƏT-ə “yox” dedi

Pyotr Poroşenko Fransua Olland və Angela Merkelə telefon danışığı aparıb

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, separatçılar ATƏT nümayəndələrini Debalcevo şəhərinə buraxmayıb. Bu barədə “RİA Novosti” xəbər yayıb.

 

“Bu gün bizim və ATƏT-ın bütün cəhdlərinə baxmayaraq, ATƏT nümayəndələrini Debalcevoya buraxmadılar. Dedilər ki, ATƏT nümayəndələri oraya daxil ola bilməz. Bu isə Minsk razılaşmasının pozulması deməkdir. ATƏT-in missiyası yeganə orqandır ki, atəşkəs rejiminə nəzarət edir” - deyə nazir bildirib.

 

Bu arada isə Ukrayna prezidenti Pyotr Poroşenko Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelə telefon danışığı aparıb. Prezidentin mətbuat katibi bildirib ki, Pyotr Poroşenko dəstəyə görə onların hər ikisinə təşəkkür edib. Donbasda sülhün əldə olunması üçün onların gördüyü işi yüksək dəyərləndirib.

 

Ölkə başçıları atəşkəs rejiminin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar. Eyni zamanda ölkə başçıları Debalcevadakı vəziyyətdən narahatlıqlarını dilə gətiriblər. Tərəflər Donbasda münaqişənin həlli üçün birgə fəaliyyətin zəruriliyini qeyd ediblər.

Google+ WhatsApp ok.ru