Sergey Lavrov İƏT-in baş katibi ilə görüşüb 03 İyul 2019 13:25 Dünya Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymi arasında görüş keçirilib. Maide.Az bildirir ki, APA-nın Moskva müxbirinin xəbərinə görə, görüşdə çıxış edən Rusiya XİN başçısı ölkəsinin İƏT-lə aktual məsələlərin müzakirəsini davam etdirmək imkanını yüksək qiymətləndirib. S. Lavrov bildirib ki, Rusiya İƏT-də 2005-ci ildən müşahidəçi olandan sonra tərəflər arasında münasibətlər çox intensiv inkişaf edir: “Fələstin-İsrail münaqişəsi, Suriya və Liviya ilə bağlı məsələlərdə mövqelərimizin kombinasiyasını çox vacib hesab edirik”. Görüşdə Rusiya və İƏT arasında münasibətlər, regional problemlər, eləcə də terrorçuluğa qarşı mübarizədə görülən işlər müzakirə edilib. Bundan başqa, S. Lavrov və Yusif bin Əhməd əl-Useymi Fars körfəzi zonasındakı vəziyyəti, eləcə də İƏT ölkələri - Suriya, Liviya, Əfqanıstan və Sudandakı münaqişələrin nizamlanması ilə bağlı fikir mübadiləsi aparıblar. Teqlər : #Sergey,#Lavrov,#İƏTin,#baş,#katibi,#ilə,#görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bundan sonra Fransada uşaqları döyən valdeynlər məsuliyyətə cəlb ediləcək Qırğızıstanda İslam institutuna qəbul olmaq istəyənlərin sayı artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO