Sergey Skripalın qızının saxlanıldığı yer məlum olub 11 Aprel 2018 01:00 Dünya -- hərbi bazalardan birindəki hospitaldadır “Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş polkovniki Sergey Skripalın qızı Yuliya Skripal hazırda hərbi bazalardan birindəki hospitaldadır”. “Report” xəbər verir ki, bunu “The Sun” qəzetinə adının açıqlanmasını istəməyən mənbə bildirib. “Onun şəxsi təhlükəsizliyinin təmin edilməsi, eləcə də sağlamlığına nəzarət edilmısi üçün hazırda hərbi bazanın hospitalındadır. Yuliya Skripal sinir-iflic qazı ilə zəhərlənib və bunun nə ilə nəticələnəcəyi məlum deyil. Həmin zəhərin təsiri istənilən vaxt özünü göstərə bilər”. Bununla belə Y.Skripalın müalicə olunduğu hospitalın adı və ünvanı gizli saxlanılır. Qeyd edək ki, aprelin 10-da Y.Skripalın Solsberi xəstəxanasından çıxarılaraq, təhlükəsiz yerə yerləşdirilməsi barədə məlumat yayılmışdı. Xatırladaq ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki, hərbi kəşfiyyatçı Sergey Skripal və onu görmək üçün Moskvadan gəlmiş 33 yaşlı qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı oturacaqda huşsuz vəziyyətdə tapılıblar. Sinir-iflic edən maddədən zəhərlənmə diaqnoizu ilə təcili surətdə xəstəxanaya çatdırılıblar. Ata və qızı reanimasiyada koma vəziyyətində olublar. Bu hadisə nəticəsində 21 nəfər, o cümlədən, hadisə yerinə ilk çatan Nik Beyli adlı polis əməkdaşı da zəhərlənib. Britaniya hökuməti S.Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib və bu işdə Moskvanı ittiham edib. Bu hadisə ABŞ başda olmaqla Qərb ölkələri ilə Rusiya arasında yeni böhranın yaranmasına səbəb olub. Rusiya tərəfi isə ittihamları qəti şəkildə rədd edib, amma istintaqla bağlı əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Teqlər : #Sergey Skripalın qızının saxlanıldığı yer məlum olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məsciddə döyülmüş şəxs dünyasını dəyişdi Myanmada daha bir müsəlman xalq zülmə məruz qalır
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO