Seyid Həsən Nəsrullah: `Bəşər Əsəd `qırmızı xətt`imizdir`

Livan Hizbullah Təşkilatının rəhbəri Suriya prezidentinin ötən illərdə müqavimətin simvolu olduğunu qeyd edərək, Əsədin Hizbullahın "qırmızı xətt"i olduğunu bildirib.
 
Maide.az-ın xəbərinə görə, Livanın "Əl-Əxbar" qəzeti Livan Hizbullah Təşkilatının baş katibi Seyid Həsən Nəsrullah və Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanovun rəhbərlik etdiyi nümayəndə heyəti görüşünün detallarını açıqlayıb.
 
5 dekabrda keçirilən bu görüşdə Boqdanov Hizbullahın Suriya və Əsəd mövzusundakı fikirlərini öyrənib. Seyid Həsən Nəsrullah bu barədə verdiyi açıqlamada, "Suriya qorumaq, Suriyanın strateji variantları və terrorla mübarizə mövzusunda verdiyimiz dəstək qədər Suriya prezidentinə da dəstək verəcəyik. Prezident olmadan heç bir həll yolu ola bilməz və Əsəd bizim "qırmızı xətt"imizdir. Əsəd hər zaman bir lider kimi tanınır və son 4 il ərzində, müqavimətin simvolu halına gəlmişdir", - deyib.
 
Nəsrullah açıqlamasının davamında "Əsəd, Suriya ölkəsinin xülasəsi kimidir və yalnız müəyyən bir din və ya təbəqənin nümayəndəsi deyil. Əsəd, Suriya birliyinin simvoludur. Suriya böhranının həlli üçün lazım olan siyasi danışıqlarda heç bir münaqişə qəbul edilə bilməz. 2003-cü ildə, Amerikanın İraqı işğal etdiyi dövrlərdə Vaşinqton rəhbərliyi Əsədi İsrail və Qərb ilə mübarizə siyasətini dəyişdirməyəcəyi təqdirdə, Suriyanın da İraq kimi olacağı barədə təhdid etmişdi. Əsəd rəhbərliyi bu təcrübədən sonra İran ilə münasibətlərə davam etmək, Ərəb ölkələrindəki müqavimətə dəstək vermək və İsrail ilə apardığı müharibələrdə Qəzzaya verdiyi dəstəklə, Suriya prezidenti mövqeyini qorumaqla yanaşı, bölgədəki bütün xalq və müqavimət güclərin dəstəklədikləri bir lider olmuşdur", - söyləyib.

Google+ WhatsApp ok.ru