Seyid Həsən Nəsrullah: Yəmənə olan hücumlar Səudiyyənin İsrailə olan ən yaxşı xoşxidmətliliyidir

Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah  ümumdünya Qüds günü münasibətlilə çıxış edib. Çıxışında regionun ən mühüm məsələləri, o cümlədən Suiya, Yəmən, Fələstin məsələləri və Livanın daxili hadisələri barədə danışıb
Maide.az xəbər verir ki, Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın çxışı vidokonfrans formasında   Livanın paytaxtı- Beyrutun cənubi Zaxiyyə məntəqəsində yayımlanıb. O, çıxışında vurğulayıb ki, təkfirçi-sionist planın hədəfi, pulsuz şəkildə islami ölkələri parçalamaq və region ölkələrini dağıtmaqdır.
Seyid Həsən Nəsrullah həmçinin Səudiyyə Ərəbistanın Yəmənə qarşı hücumlarının davam etməsinin məqsədini, intiqam olduğunu vurğulayıb və  deyib ki, Sionist rejim də bu qənaətdədir ki, Yəmənin istiqlaliyyəti və hakimiyyəti onun qarşısında bir növ müqavimətdir və Yəmənə qarşı hücumlar Ərəbistanın İsrailə olan ən yaxşı xoşxidmətliliyidir.
H. Nəsrullah sonra sionist rejim daxil olmaqla Suriyanın düşmənlərinə xitabən vurğulayıb ki, Suriya düşmənlər qarşısında möhkəm və müqavimətlidir və təcavüzakarlar özlərinin heç bir məqsədlərinə, o cümlədən Suriya hökumətini devirmək məqsədinə çata bilməyəcəklər.
Suriya mövzusunda İsrail liderləri bu barədə razı olduqarını açıq şəkildə dilə gətirirlər. Bu, İsrail və ABŞ-a Fələstin mövzusunda boyun əyməyən bir ölkənin çətin vəziyyətdə olmasıdır. İsrail Golan təpələrini işğal edib öz torpaqlarına qatmaq barədə siyasi proses yürütmək niyyətindədir. Yəmən haqqında da eyni vəziyyət hökm sürür. İsraiı Səudiyyə ilə starateji əməkdaşlıq edir. Çünki, onların gözündə Yəmən azad olsa, xalq da mütləq müqavimət xəttinin bir cəbhəsi olub İsrailə başağrı olacaqdır. Bu səbəblə İsrail bu məsələdən də, hazırki vəziyyətdən də razıdır. Dənizdən, qurudan, havadan və s. yollardan istifadə edib öz siyasi və hərbi məqsədlərini reallaşdırmaq üçün maksimum həddə Yəmən xalqını hissə-hissə etmək üçün cəhd edirlər.  İsrail regionda yayılmış olan müharibədən məmnundur və bu hərbi gedişatın daha geniş bir sahəyə yayılması üçün kəşfiyyatından da istifadə etməkdədir. 
Hizbullahının baş katibi həmçinin sionist rejimin Fələstin xalqına qarşı cinayətlərinə toxunaraq, deyib ki, rəsmi ərəb hökumətləri Fələstini və Fələstin xalqını İsrailə satıblar.
Hər kəs, başını iki əli arasına alıb bunu bir az düşünməlidir. 1,5 milyard müsəlmanın İsrailə təhdid və təhlükə olmadığını, yalnız İranın bu şəkildə sionistlər tərəfindən real təhlükə olaraq qəbul edildiyini görməyimiz lazımdır. Niyə ərəb ölkələri milyard dollar qarşılığında silahlar almalarına baxmayaraq, İsrail üçün təhdid deyil? Çünki, İsrail ərəb dünyasının Qüds və Fələstini satdığını bilir. Qəzzada nə oldu, insanlara nələr edildi? İraq və Suriyadakı döyüşə xərclənən pulun toplam məbləği qədər də Qəzza müharibəsində xərclənib. Onlar sünni müsəlmanlar deyilmi? Niyə kömək edilmədi? Çünki Qüds və Fələstinin satılacağına dair Aparıcı Ərəb Qüvvələri qərar almışdılar. Terror olayları bölgədəki dirənişi qırmq üçün ortaya atılmış oyundur. Biz sual edirik, mücadilə bayrağını qaldırıb müqavimət göstərən kimdir? İsrailin varlığını tanımaq əvəzində İrana uran zənginləşdirmə üçün hər cür imkan təmin olunsa belə, İmam Xamenei belə bir razılaşma və qərarı heç vaxt qəbul etməz. Bu dinindən güzəşt vermək mənasına gəlir. Çünki, İran müqavimət cəbhəsini maddi-mənəvi hər sahədə dəstəkləməkdədir. Bu, bir çox insanın tutmadığı bir davranış və mövqedir. /
 
 
 

Google+ WhatsApp ok.ru