Seyid Nəsrullah: Terror terrorçuların himayəçilərinə gəlib çatdı...

Livan “Hizbullah”ının lideri Seyid Həsən Nəsrullah cümə günü günortadan sonra video konfrans vasitəsilə çıxış edib
 
 “Əl Mənar” telekanalı ilə yayımlanan çıxışının əvvəlində Həsən Nəsrullah İslam Peyğəmbərinin (s) və İmam Sadiqin (ə) mübarək mövludları, o cümlədən Həzrəti İsanın mövludu münasibətilə təbriklərini çatdırıb.
 
Livan başqa cür ola bilərdi...
“Hizbullah” lideri Livan ordusunun sərhədləri qorumasını təqdirə layiq hesab edərək deyib: “İsrail və təkfirçilərin hücumlarına qarşı ölkənin suverenliyini qoruyan Müqaviməti təbrik edirəm. Qışa və qara baxmayaraq bütün çətin şərtlərlə vətən və xalqlarını müdafiə edən güclər şəri vəzifələrinə bağlıdırlar. Bunlar Peyğəmbərin həqiqi ardıcılları və Livanın həqiqi hamiləridir. Livan xalqının və insanlığın həqiqi hamilərinə və şəhid ailələrinə təbriklərimi ərz edirəm, çünki onların övladları olmasaydı ölkə bu gün fərqli şərtlərdə ola bilərdi.”
 
Keçmiş baş nazir haqda...
Geçən həftə həyatını itirən sabiq baş nazirlərdən Ömər Kiraminin vəfatından duyduğu kədəri dilə gətirən Həsən Nəsrullah: “Ömər Kirami, böyük bir milli duruşa sahib şəxsiyyət idi. O, Livan və Fələstin müqavimətini dəstəkləyən şərəfli və örnək bir siyasətçi idi, ümidüm varki, onun yolu davam edəcəkdir.”
 
O İlahi Rəhmətdir...
“Hizbullah” lideri mövlud-vəhdət həftəsinə işarə edərək deyib: “Həzrəti Peyğəmbər (s) varlıq aləminin İlahi Rəhmətinin ən böyük örnəyidir. O, insanlığa bu dünyaya və axirətə bir rəhmətdir, Peyğəmbərin gətirdiyi hər şey insanlıq üçün bir rəhmətdir..”
 
Təkfirçilər Peyğəmbəri daha çox təhqir etdilər...
Daha sonra təkfirçiləri tənqid edən seyid Nəsrullah deyib: “Təkfirçi terrorçu qruplar utandıran addımları ilə Peyğəmbəri təhqir etdilər. Minlərlə insanı öldürdülər, başlar kəsdilər, bunun video və fotolarını yaydılar. Mövlud günündə Yəməndə insanları qətlə yetirdilər. Onlardan soruşmaq lazımdır ki, Muhəmmədin dinini müdafiə etmək budurmu?.”
Sözlərinin davamında “Hizbullah” lideri deyib: “Terrorçular Əfqanıstandan Suriyaya, ordan da İraqa qədər getdilər. İndi onlar, bunun zəminini yaradan və öz dəstəkçilərinə, hamilərinə çatdılar. Bu əvvəlcədən görülə bilən bir şeydir. Çünki, media və terrorçuların peyğəmbərə qarşı etdikləri təhqirlərin tarix boyu oxşarı olmamışdır.”
 
Təkfirçilərlə mübarizə ilahi vəzifədir...
 Təkfirçilərə qarşı mübarzənin İslamı müdafiə etmək olduğunu bildirən “Hizbullah” lideri deyib: “Təkfirçilərə qarşı döyüşmək sadəcə bölgəyi, ölkəyi və siyasi sərhədləri müdafiə etməkdən ibarət deyildir; bu, bütün bunlardan daha önəmli olan, bütün dünyada terrorçu hücumlar qarşısında İslamı müdafiə etməkdir. Bu hamımızın əməl etməli olduğumuz vəzifələrdir. İslam ümməti terrorçu hücumlar qarşısında bir-birinin yanında durmalı, bu hücumların İslamla əlaqəsini rədd etməli və terrorçu qrupların varlığına son qoymalıdır. Bunu açıq deyim ki, bu qruplar bölgə ölkələrini, onların şərəfini, bü gününü və gələcəyini təhdid edir. Onların təhlükəsi siyasi təhlükəli olmaqdan daha çoxdur. Bu, İslamın, Peyğəmbərin və Quranın qüruruna qarşı bir təhdiddir. Dolayısı ilə İslamı müdafiə etmək mövzu olduğuna görə, mübarizə üçün lazımlı şərtlərin bir çoxu artıq müzakirə mövzusu deyildir. Çünki, durum artıq İmam Hüseynin (ə) çox az dostuyla Kərbəlada İslamı müdafiə üçün ayağa qalxdığı bir nöqtəyə çatmışdır.”
“Hizbullah” lideri çıxışının digər hissələrində, Bəhreyndə ruhani olan Şeyx Əli Salmanın həbsini pisləmiş, həmçinin Livandakı siyasi müzakirələrdən danışıb. islamazeri /
 

Google+ WhatsApp ok.ru