Silinən mesajları necə geri qaytara bilərik?

Gündəlik həyatımızda demək istədiyimiz və ya vacib məlumatları mesaj vasitəsilə çatdırırıq.  Bu baxımdan mesajlar hər bir insanın həyatında mühüm yer tutur.

Bəzən ağıllı telefonlarınızda səhvən sildiyiniz və geri qaytarmaq istədiyiniz mesajlar olur. Bu mesajları qaytarmağın mümkün olmadığını düşünüb əhvalınızı korlamayın.  Çünki  iOS və Android telefonlarda silinən mesajları geri qaytarmaq mümkündür.

Silinən mesajları geri gətirməyin müxtəlif yolları var. Bu əməliyyatların köməyi ilə məlumatların çox hissəsini geri qaytarmağınız mümkündür.

Bu dəfə iOS və Android telefonlarda silinən mesajların necə qaytarılmasının üsullarını təqdim edir:

Belə ki, Android əməliyyat sistemindəki mesajları geri qaytarmaq üçün "recovery" proqramlarından istifadə olunur. Bunların arasında ən çox Android Data Recovery  Coolmuster Android SMS+Contact Recovery daha çox istifadə olunur:

- Bu tip proqramlardan birini kompüterinizə yükləyin

- Cihazınızın “USB xəta düzəltmə rejimi”ni aktiv hala gətirin

- Cihazınızı USB kabeli ilə kompüterinizə birləşdirin

- Kömpüterdəki proqramda “Scan”  əmri ilə məlumatlarınızı axtarışa verin

-Axtarış əməliyyatından sonra fayl bölməsindən “Messages və ya SMS”-ə daxil olun

-İstədiyiniz məlumatları seçərək “Recover” düyməsini basın

 iOS əməliyyat sistemində isə telefonunuzun iCloud və ya iTunes ehtiyat yaddaşı vasitəsilə silinən mesajları qaytarmaq mümkündür.

iTunes-də SMS geri qaytamaq üçün iTunes-ə iOS cihazınızı birləşdirin və “Fayl > cihaz > geri qaytar” əmri ilə məlumatlarınızı geri qaytarmaq mümkündür.

Google+ WhatsApp ok.ru