2015-ci il çox güman ki ,ən isti il kimi qeydə alınıb

BMT-nin Ümumdünya Meteorologiya Təşkilatıbildirib ki, cari ildə qlobal orta temperatur çox güman ki, ən isti temperatur qeyd edilib.
Maide.az-ın məlumatına görə, oktyabrın sonunadək əldə olunan məlumatlar onu göstərir ki, bu ilki temperatur hər hansı digər 12 aylıq dövrdən "çox yüksək" olub.
Alimlər meteoroloji məlumatların qeyd olunmasından bəri 2011-2015-ci illəri əhatə edən beşillik dövrü Yer kürəsinin ən isti beş ili kimi qeyd edirlər. Onlar indiyədək görülməmiş bu istiləri El Nino və istixana qazlarının havaya buraxılması kimi insan faktoru ilə əlaqələndirirlər.
Bu məlumat, dünya liderlərinin Ətraf mühitə sənaye fəaliyyətinin zərərli təsirlərinin qarşısını almaq üçün birgə proqramla bağlı Parisdə müzakirələrin keçiriləcəyi İqlim Dəşyişiklikləri Sammiti ərəfəsində yayılıb.
Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, son 10 ay ərzində dənizlərin səthinin orta temperaturu 1961-1999 cu illərin orta statistikasından 0.73 dərəcə yüksək olub.
2011-2015-ci illəri əhatə edən beşillik orta rəqəm isə 1961-1999 cu illərin orta statistikasından 0.57 dərəcə yüksək olub.
Məlumatda həmçinin bildirilir ki, istixana qazlarının miqdarı da misli görünməmiş həddə çatıb.
Ümumdünya Meteorologiya Təşkilatının katibi Mişel Jaro deyir ki, bu dəyişikliklər “bütövlükdə Yer kürəsi üçün pis xəbərdir”.
Tədqiqatçılar insan tərəfindən fossil yanacağından istifadə və istixana qazlarının havaya buraxılmasını Yer kürəsinin istiləşməsinə səbəb olması ilə bağlı yekdil fikirdədirlər./

Google+ WhatsApp ok.ru