Sionist rejim hərbiçilərinin Məscidül-Əqsaya hücumu zamanı 50-dən çox fələstinli yaralanıb

Sionist rejim hərbiçilərinin Məscidül-Əqsaya hücumu zamanı 50-dən çox fələstinli yaralanıb

Fələstin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, Fələstin Milli Təşəbbüs layihəsinin baş katibi Müstafa Bərğusi və daha 50 fələstinli ötən gecə Qüdsü işğal edən rejimin hərbçilərinin Məscidül-Əqsaya hücumu zamanı yaralanıb. 
 
Maide.İnfo beynəlxalq kiv-lərə istinadən xəbər verir ki, sionist hərbçiləri M.Bərğusini başından güllə ilə yaralayıb. 
 
Məlumata görə, Bərğusu Beytül-Müqəddəsin Əl-Məqasid xəstəxanasına yerləşdirilib. 
 
Fələstinli mənbələr bildirib ki, sionist rejimin Məscidül-Əqsada əl-Basit qapısı yaxınlığında namaz qılanlara vəhşicəsinə hücumunda ən azı 50 fələstinli yaralanıb. 
 
Qüdsü işğal edən rejimin hərbçiləri cümə günü də əl-Basit qapısında 3 fələstinli gənci şəhid edib. 
 
Son 50 ildə misli görünməmiş bu hərəkət bir çox müsəlman ölkə və beynəlxalq təşkilatların rəsmilərinin etirazına səbəb olub.
 
Sionist rejimin baş naziri işğal olunmuş ərazilərin daxilində və xaricdə geniş etirazlarla üzləşdikdən sonra bazar günü Məscidül-Əqsanın qapılarının bağlanmasına dair verdiyi göstərişi ləğv edib. Lakin məscidə giriş-çıxış qapılarında təhlükəsizlik tədbirlərini gücləndirib. Müsəlmanları məscidə gişi zamanı yoxlamaq məqsədilə yeni elektron qurğular quraşdırılıb ki, bu da fələstinlilərin etirazına səbəb olub. Beləki fələstinlilər məscidə girməkdən imtina edir və məscidin önündə namaz qılır, elektron qurğuların məscidin giriş qapılarından yığışdırılmasını tələb edir. /

Google+ WhatsApp ok.ru