Sionist rejim Türkiyədəki təmsilçiliklərini bağlayıb

Sionist rejim Türkiyədəki təmsilçiliklərini bağlayıb

Sionist İsrail rejiminin Türkiyədəki diplomatik nümyəndəlikləri, Ankaradakı səfirliyi və İstanbuldakı konsulluğu müvəqqəti olaraq bağlanıb.
 
Bununla bağlı ölkənin Xarici İşlər Nazirliyi uyğun qərar qəbul edib.
 
İnformasiyaya əsasən, diplomatlar yaşadıqları mənzildə işləyir.
 
Məlumata görə, diplomatik təmsilçiliklərin bağlanmasına iki səbəb göstərilir. Səbəb olaraq iyulun 23-də İordaniyanın Amman şəhərindək İsrail səfirliyinin mühafizəçisinə və Türkiyədə keçirilən yürüşlər zamanı sinaqoqa hücumla əlaqələndirilir. Səfirliyə hücum edən şəxs zərərsizləşdirilib.
 
Qüdsdəki “Əl-Əqsa” məscidinə İsrail rejiminin tətbiq etdiyi məhdudiyyətə etiraz olaraq, Türkiyədəki yürüş keçirilib. (report) /

Google+ WhatsApp ok.ru