Sionist İsrail parlamentində azanı qadağa edən layihə cırıldı -VİDEO

Sionist İsrail parlamentində azanı qadağa edən layihə cırıldı -VİDEO

Sionist İsrail parlamentində (Knesset) azanın qadağan olunması ilə bağlı gündəmə gətirilən qanun layihəsi ilkin oxunuşdan qəbul olunub.
 
Buna etiraz olaraq ərəb əsilli israilli deputatı Ayman Aud qanun layihəsinin yazıldığı kağızı cıraraq qanun lahiyəsinə etirazını bildirib. 
 
Ərəb əsilli deputat qəbul edilən qanun lahiyyəsini ərəb əhalisinə qarşı ayrıseçkilik kimi qiymətləndirib. 
 
Daha öncə aparılan müzakirələr zamanı başqa ərəb əsilli deputat Talib Əbu Arar qanun layihəsinə etiraz əlaməti olaraq parlamentin iclasında azan vermişdi.
 
Qeyd edək ki, İsrail rejimi parlamentində “səs-küy” yaratması səbəbi ilə azanı qadağan etməyi nəzərdə tutan qanun layihəsi səsverməyə çıxarılacaq.
 
Bundan öncə sionist baş nazir Binyamin Netanyahu yazılı açıqlamada azanın “səs-küy salaraq insanları narahat etdiyini” iddia edib. Bildirib ki, azanın qadağan edilməsi təklifini dəstəkləyir. (faktxeber) /

Google+ WhatsApp ok.ru