Sionist əsgərləri 10 yaşlı fələstinlini həbs ediblər

Sionist əsgərləri dünən axşam saatlarında Beytül-Müqəddəs şəhərinin Salvan rayonunda 10 yaşlı fələstinli uşağı həbs ediblər. 
Maide.az xəbər verir ki, səsli bombadan istifadə edərək saxlanılan 10 yaşlı Rəşid Abu-Sarənin köynəyini sionistlər çıxararaq, gözlərini bağlayıblar, daha sonra onu hərbi maşınla aparıblar. 
 
UNİCEF təşkilatının məlumatına əsasən, son iki onillik ərzində sionistlər 12-17 yaş arası 7 min fələstinli uşağı həbs ediblər. //

Google+ WhatsApp ok.ru