`Sionist əsgərləri gülləni narkozsuz çıxarmağa çalışdı`

"Mavi Mərmərə" gəmisinə təşkil olunan hücumda yaralanan Ayətullah Təkin Qəzzadakı məzlumlara humanitar yardım aparmaqdan başqa məqsədi olmayan insanlara qarşı təcavüzdən 5 il keçdiyini xatırladıb.
 
Maide.az-ın məlumatına görə, Fələstin xalqının hər gün məruz qaldığı zülmü, özlərinin bir neçə saat içində yaşadığını deyən Ayətullah Təkin, təcavüzün özlərində dərin izlər buraxdığını vurğulayıb.
 
Hücum anında gəminin üst qatında olduğunu bildirən Təkin belə deyib:
 
"Səhər saatlarında gəminin ən yuxarı mərtəbəsi sanki qan gölünə döndü. İsrail rejiminin əsgərləri gəmiyə çıxanda dostlarımızla dinc müqavimət mənasında etriraz etməyə çalışdıq. Onlar isə bizə atəş açdı. O gecə İsrail donanmasının yarısı burada idi. Vertolyotdan atəş açdılar. İki əlimdən və qarnımdan yaralandım. Yerdə yatan yaralılara dəfələrlə atəş açıldı. Yaralılara böyük əziyyət edildi. İsrail əsgərləri yaralıların bədənlərini narkozsuz şəkildə neşterlə kəsib, qadağan olan güllələri çıxarmağa çalışdılar".
 
Yaralanan Muhyettin İldırım da ötən illərə baxmayaraq hadisənin aktuallığını qoruduğunu söyləyir:
 
"Hücum tamamilə qeyri-insani idi. Bunu özləri də bildirdi. Əvvəla, bu, tamamilə sivil bir adım idi. Mülki bir aksiyaya atəş açıla bilməz. Dünyanın gözü qarşısında bu hadisə baş verdi. Göz görə-görə bizə atəş açdılar, 10 qardaşım şəhid oldu, 50-dən artıq yaralımız var idi. Gəminin göyərtəsi qan gölünə dönmüşdü. Bu normal bir müdaxilə deyildi. Normal şərtlərdə İsrail bizim qarşımızı kəssəydi, onsuz da iki günə suyumuz qurtaracaqdı. Bizə sudan istifadəni qadağa etdilər. İlk gün içməli suyla, ikinci gün dəniz suyu ilə üzümüzü yuduq, dəstəmaz aldıq. İsrail bizi bir həftə, 10 gün mühasirədə saxlasa idi onsuz da suyumuz, çörəyimiz bitəcəkdi. Ancaq İsrail, qırmızı rəng görmüş öküz kimi hücum etdi".

Google+ WhatsApp ok.ru