Sionist əsgərlər 44 fələstinlini həbs etdi

Qərbi İordan çayının müxtəlif bölgələrində İsrail rejimi əsgərlərinin 44 fələstinlini nəzarətə götürdüyü bildirilib.
 
Maide.az xəbər verir ki, İsrail rejimi ordusunun yazılı açıqlamasında, ordu, polis və sərhəd qvardiyası təmsilçilərindən ibarət birliklər səhər saatlarında Cenin, Nablus, Ramallah, Qüds və Əl-Xəlil şəhərlərində axtarış apararaq, 44 fələstinlinin saxlanıldığı bildirilir.
 
Qeyd edək ki, İsrail rejimi əsgərləri Qərbi İordan və Qüdsdə müxtəlif ittihamlarla tez-tez fələstinlilərin evlərinə basqınlar təşkil edərək nəzarətə alır. Rəsmi Fələstin təşkilatlarının hesabatlarına görə, rejimin həbsxanalarında 6 mindən çox fələstinli məhbus var.

Google+ WhatsApp ok.ru