Sionistlər yenidən əl-Əqsa məscidinə yürüş edib

Sionistlər yenidən əl-Əqsa məscidinə yürüş edib

 
Sionist qəsəbə sakinləri İsrail rejimi hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə yürüş edib.
 
Maide.Az "Fələstin əl-An" xəbər portalına istinadən xəbər verir ki, təxminən 52 sionist qəsəbə sakini ordu hərbçilərinin dəstəyi ilə cümə axşamı günü bir daha əl-Əqas məscidinin həyətinə daxil olub.
 
Sionist rejim başçıları əl-Əqsa məscidinə yürüş üçün qəsəbə sakinlərini dəstəkləyərək Beytül-Müqəddəsin zaman və məkana bölünməsi və yəhudiləşdirilməsi niyyətindədir.
 
Bu arada sionist hərbçilər ötən gecə İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək işğal olunmuş Beytül-Müqəddəs, Nablos, Ramullah və əl-Xəlildə 12 fələstinlini həbs edib.
 
İşğal olunmuş ərazilər ötən bir neçə ayda sionist rejimə qarşı yeni intifazənin şahididir.
 
Qüds intifazəsi 2015-ci il oktyabrda sionistlər və qəsəbə sakinlərinin fələstinlilərlə davranışlarının sərtləşməsi və əl-Əqsa məscidinə hörmətsizliyin təkrarlanması ardınca başlanıb.
 
Qüds intifazəsi başlandıqdan indiyə qədər 230 fələstinli sionist hərbçilərin atəş açması və qəsəbə sakinlərinin sərt kobudluğu nəticəsində şəhid olmuşdur. /

Google+ WhatsApp ok.ru