Sionistlər hava hücumundan müdafiə üçün yeni system hazırlayacaq - Pul üçün vergiləri artıracaqlar

Sionistlər hava hücumundan müdafiə üçün yeni system hazırlayacaq - Pul üçün vergiləri artıracaqlar

Səudiyyə Ərəbistanında neft kəmərlərinə edilən dron hücumlarından sonra sionist İsrail rejimi də ehtiyatlanmağa başlayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hazırda “Dəmir qübbə” adlı hava hücumundan müdafiə sisteminə sahib olan İsrail bundan daha güclü system yaratmaq niyyətindədir.
 
Sionist hökumətin Baş naziri Benyamin Netanyahu İsrail Təhlükəsizlik Kabinetində nazirlərə yeni sistem haqqında məlumat verib.
 
O deyib ki, yeni sistem təxminən 1 milyard dollar başa gələcək.
 
Layihənin icra edilməsi üçün sosial layihələrə ayrılan maliyyələr azaldılacaq və vergilər artırılacaq.

Google+ WhatsApp ok.ru