Sionist nazir `heç bir şərtim yoxdur` deyib şərt irəli sürdü

İsrail rejiminin baş naziri müzakirələr üçün Fələstinə getməyə hazır olduğunu bildirib
 
İsrail rejiminin baş naziri Binyamin Netanyahunun fələstinlilərlə sülh danışıqları aparmaq üçün heç bir ilkin şərt olmadan İordan çayının qərb sahilinə getməyə hazır olduğu bildirilib.
 
Maide.az-ın məlumatına görə, Netanyahunun ofisindən yayımlanan açıqlamada bildirilir ki, o, bu açqılamanı İsrailli "Sülh Bağlayan Qadınlar Hərəkatı" üzvü olan qadınlarla görüşündə deyib.
 
"Fələstinlilərlə müzakirə üçün heç bir ilkin şərtim yoxdur. İlkin şərtsiz birbaşa müzakirə üçün Ramallah və ya hər hansı bir yerə getməyə hazıram", - deyən sionist nazir, qadınlara, "Biz Fələstinlilərlə müzakirə etmək istəyirik. Mümkün olan həll yolu iki xalq üçün iki dövlətdir - Fələstin dövləti və Yəhudi dövləti. Əgər Fələstin prezidenti Mahmud Abbasla görüş təşkil etsəniz, əgər özü hazırsa, ona mənim onunla görüşməyə hazır olduğumu deyin" söyləyib.
 
Xatırladaq ki, Fələstinlilər ilə İsrail arasındakı sülh danışıqları 2014-cü ilin aorel ayından təxirə salınıb.

Google+ WhatsApp ok.ru