Sionist polisi Qüds müftisini ötən gün həbs edib, bu gün zəmanətə buraxıb -YENİLƏNİB

Sionist polisi Qüds müftisini ötən gün həbs edib, bu gün zəmanətə buraxıb -YENİLƏNİB

Qüds müftisi bu gün səhər sərbəst buraxılıb. 
 
Maide.Az xəbər verir ki, Qüds müftisi Şeyx  Məhəmməd Hüseyn 10 min şekeli ödədikdən sonra zəmanətə buraxılıb. 
 
Müftinin həbs olunmasına səbəb, onun insanları Əqsa məscidnin qapısı qarşısında cümə namazı qılmağa çağırması olduğu bildirilirb.
 
Fələstin KİV-lərinin məlumatına görə, ötən gün Fələstinin vəqflər idarəsindən 58 nəfər işğalçı rejim tərəfindən həbs olunub. 
 
 
***
İşğalçı İsrail polisi Məscidi Əqsada baş verən hadisədən sonra ötən gün Qüds müftisi Şeyx Məhəmməd Hüseyni həbs edib.
 
Qüds müftisinin oğlu Ömər Hüseyn "Anadolu" agentliyinə bildirib ki, sionist rejim polisi Şeyx Hüseynə zor tətbiq edərək saxlayıb və naməlum istiqamətə aparıb. 
 
Ömər Hüseyn atasının Məscidi Əqsanın Aslanlı (əl-Əsbat) qapısında toplanan fələstinlilərə cümə namazını qıldırmaq üçün bölgəyə gəldiyi zaman həbs edildiyini deyib.(faktxeber)

Google+ WhatsApp ok.ru