Sionist rejim  2016-cı ildə  Qərb sahilində 2623  evin tikilməsinə icazə verib

Sionist rejim 2016-cı ildə Qərb sahilində 2623 evin tikilməsinə icazə verib

“Peace Now” adlı insan haqları qrupu bildirir ki, sionist İsrail rejimi 2016-cı ilinin ilk altı ayında yeni qəsəbələrin tikintisini 40 faiz artırıb.  
 
Maide.Az xəbər verir ki, qrup elan edib ki, İşğalçı İsrail rejimi 2016-cı ilin ilk 6 ayında 1195 evin tikintisini başlayıb ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıqdır.
 
İnsan haqları qrupu elan edib ki, “İsrail Mərkəzi Statistika İdarəsi”nin açıqladığı rəqəmlərə əsasən bu rejim Qərb sahilində 2623 evin tikilməsinə icazə verib.
 
İşğalçı rejim tərəfindən 1967-ci ildə işğal olunmuş ərazilərdə tikilmiş 230 qəsəbədə yarım milyondan artıq yəhudi məskunlaşdırılıb. Beynəlxalq qanunlara əsasən, tikilmiş bütün qəsəbələr qanunsuz tikilib. İşğalçı İsrail rejimi beynəlxalq qurumlar və insan haqları təşkilatlarının işğal olunmuş ərazilərdə yeni qəsəbələrin tikilməsini dayandırma çağırışlarına etinasız yanaşır.
 

Google+ WhatsApp ok.ru