Sionist rejim 20 fələstinli ailəsini köçürmək istəyir

Hərbi təlimləri  keçirmək üçün Sionist rejim 20 fələstinli ailəsini dogma evlərindən köçürməyi planlaşdırır.
Maide.az-ın məlumatına görə, Sionist rejim ordusunun hərbi manevrləri İordan çayının sahilində yerləşən əl-Əqvar rayonunda planlaşdırılıb.

Ailələr 2 həftə ərzində evlərini tərk etmək üçün yazılı xəbərdarlıq alıblar.

İnsanlar əl-Bərx, ər-Rəas əl-Əhmar yaşayış məntəqələrinə köçürülməlidirlər. Bu məntəqələrin sakinləri də həmçin İsrail rejimi tərəfindən hərbi təlim məqsədi ilə doğma evlərindən didərgin düşüb.

Qeyd edək ki, mülki ərazilərdə hərbi təlimlərin keçirilməsi uzun illərdir ki baş verir, və bu fələstinli vətəndaşların yaralanmasına, həlak olmasına səbəb olur. //


 

Google+ WhatsApp ok.ru