Sionist rejimi atəşkəs rejimini pozdu 18 İyul 2014 01:00 Dünya Rejimin baş naziri Benyamin Netanyahu yerüstü əməliyyatlara göstəriş verib Sionist rejim və Fələstinin İslami Müqavimət Hərəkatı ( Həmas)-ın arasında müvəqqəti atəşkəsin bərqərar edilməsinə rəğmən, bu rejimin Qəzzə zolağına qarşı hücumları davam etməkdədir. Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindın qazılmış tunellərin məhv edilməsidir. Şahidlər Qəzzanın sərhədinə ağır artilleriyanın toplaşdığını bildiriblər. Maide.az-ın “Ələqsa” telekanalına istinadən məlumatına görə, Sionist rejim ordusunun Qəzzə zolağına qarşı hücumlarından 10 gün keçməsinə rəğmən bu rejimin fələstinlilərə qarşı hücumları davam etməkdədir və İsrail rejiminin ordusu cümə axşamı günü Rəfəh şəhərinin şərqində Əbu-Muəmmər bölgəsini artilleriya hücumuna məruz edib. Sionistlərin bu rəhmsiz təcavüzü nəticəsində, Əbul-Həsin bölgəsində Fələstin vətəndaşlarından 4 nəfəri yaralanıb və Sionist rejimin hərbi təyyarələrinin Qəzzə zolağının mərkəzində Deyr-Əl-Bələhə qarşı hava hücumlarında isə bir fələstinli şəhid olub , iki nəfər də yaralanıb. Daxil olan digər bir məlumata əsasən , Sionist rejim hərbçiləri Beytül-Müqəddəsin şimalında Qələndiya düşərgəsində fələstinli etirazçıların sıralarını dağıtmaq üçün onların üstünə rezin güllə və gözyaşardıcı qazlardan istifadə ediblər . Sionistlərin bu hücumunda gənc fələstinlilərdən 14 nəfəri yaralanıb və onlarla nəfərin də tənəffüsündə problem yaranıb. Sionist rejim ordusunun ötən 10 gündə Qəzzəyə qarşı hücumlarında 230 fələstinli şəhid olub , 1700 nəfərdən çox fələstinli isə yaralanıb. İsrail sonuncu dəfə Qəzzada irimiqyaslı quru əməliyyatını 2008-2009-cu illərdə keçirmişdi. Teqlər : #Sionist rejimi atəşkəs rejimini pozdu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ermənilərdən yeni Kəlbəcər qərarı Ukraynada Malayziya təyyarəsi süqut edib - VIDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO