Sionist rejimin baş qərargah rəisi Gantz: Qəzzada cəsur döyüşçülərlə qarşılaşdıq

israil rejiminin baş qərargah rəisi Benny Gantz verdiyi açıqlamada, HƏMASın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları mücahidlərinin "cəsur" olduqlarını söyləyib.
 
Maide.az-ın məlumatına görə, sionist rejimin "Kanal 2" televiziyasında mövzuyla əlaqədar danışan Gantzın HƏMAS mücahidlərindən bəhs edərkən, "həqiqəti etiraf etmək lazımdır. Cəsur döyüşçülərlə qarşılaşdıq", - deyib.
 
Xəbərdə bildirilir ki, Gantz Təl-Əvivdə bir qrup zabitlə keçirdiyi görüşdə də HƏMAS döyüşçülərinin təhsil aldıqlarına diqqət çəkərək, belə deyib: "Tankın arxasından qaçıb üzərinə partlayıcı qoymağa çalışmaq, cəsur insanların edə biləcəyi bir işdir."
 
İşğalçı ordunun Qəzza zolağında nələr olduğunu istər sərhəd yaxınlığından, istərsə də dənizdən izlədiklərini bildirən Gantz, gələcəkdə nəyin baş verəcəyini heç kimin bilməyəcəyini və yeni təhdidlərə qarşı daim hazır olmaları lazım olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru