Sionist rejimin prezidenti: Biz xəstəyik

Maide.az-ın məlumatına görə, İsrail rejiminin prezidenti Reuven Rivlin Elmlər Akademiyasında keçirilən “Əcnəbi düşmənçiliyi və digərlərinə dözüm” adlı konfransda sensasiyalı açıqlama ilə çıxış edib. O bildirib ki, İsraildəki ərəblər və yəhudilər arasında gərginlik artıqböhran səviyyəsindədir: "Zorakılıq xəstəliyi sadəcə cəmiyyətin müəyyən bir hissəsi ilə məhdud deyil, bütün sahələrdə özünü göstərir. Sosial şəbəkələrdə də belə zorakılıqlar özünü göstərir. Fərqli fikir söyləyənlər təzyiqəŞ təhqirə məruz qalır. Futbol stadionlarında olduğu kimi, akademiyada da zorakılıq halları var. Sosial şəbəkədə, xəstəxanalarda və məktəblərdə zorakılıq var. Biz yəhudi olmağımı unutduq – deyə soruşmayacağam. Bunun yerinə, insan olmağımı unutduq? - deyə soruşuram."

Google+ WhatsApp ok.ru