Sionist rejimin Qəzzaya hücumunda ölənlərin sayı 22 nəfərə çatıb

Sionist rejimin Qəzzaya hücumunda ölənlərin sayı 22 nəfərə çatıb

İşğalçı İsrail ordusunun blokadada saxladığı Qəzza Zolağına dünən səhər saatlarından etibarən endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. 
 
Maide.Az xarici KİV-ə istindala xəbər verir ki,  dünən edilən hücum zamanı Fələstinin “İslami Cihad”ın hərbi qolu olan Qüds Səriyyələrinin komandirlərindən Baha ƏbulAta və həyat yoldaşı da şəhid olub.
 
Məlumata görə,  hücum nəticəsində 70 fələstinli yaralanıb. 
 
Qeyd edək ki, işğalçı rejim  ötən gündən  Qəzza zolağına  50-dən çox hava hücumu təşkil edib.  Fələstinlilərin evlərini,  əkin sahələrini və  istirahət mərkəzlərini  bombalayıb. 
 
Fələstin qüvvələri isə buna cavab olaraq İsrailə raket atıb.
 
Sionist rejimin müdafiə naziri Naftali Bennettin verdiyi məlumata görə, Qəzzadan 190-a yaxın raket atılıb və onlardan 90 faizi Dəmir Qübbə adlı hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.
 
Bennett Qəzzadan Təl-Əvivə qədər 80 km-lik məsafədə 48 saatlıq fövqəladə vəziyyət də elan edib.
 

Google+ WhatsApp ok.ru