Sionist rejimin sonuncu hücumu nəticəsində Qəzzada şəhidlərin sayı 800-ü ötüb (Foto)

Fələstinin təhlükəsizlik xidmətinin sözçüsü Ashraf al-Qudra deyib ki, iyulun 25-də hava hücumu nəticəsində iki gənc qadın ölüb. Daha iki nəfər isə əvvəlki hücumlar zamanı aldığı yaralardan vəfat edib.

Sionist rejim təyyarələri yulun 24-də BMT-nin Qəzzada yaratdığı, yüzlərlə mülki vətəndaşın yığışdığı sığıncağa hücum edib və bombalayıblar. 15 fələstinli şəhid, 200-dən çox fələstinli isə yaralanıb.

Eyni zamanda, İsrail əsgərləri hücumlar əleyhinə keçirilən 3 fələstinlini öldürüb, 100-ə yaxın aksiya iştirakçısı yaralanıb.

Qeyd edək ki, işğalçı İsrail rejiminin Qəzza zolağına etdiyi hərbi təcavüzünün 19-cu günü Qəzza zolağında şəhid olanların sayı 805-ə, yaralıların sayı isə 5200-ə çatıb.
Şəhid olanlardan 170-i uşaq, 111-i qadındır.

 

Sionist rejimin sonuncu hücumu nəticəsində Qəzzada şəhidlərin sayı 800-ü ötüb

Google+ WhatsApp ok.ru