Sionist rejimi qüvvələri 4 məşhur müsəlman telekanalın ofisinə basqın edib 29 İyul 2017 01:00 Fələstin Sionist rejiminin qüvvələri İordan çayının qərb sahilində Ramallah şəhərində 4 tanınmış müsəlman telekanalın ofisinə basqın edib. Bildirilib ki, Sionist rejiminin qüvvələri bu gün Livanın "əl-Məyadin" və "əl-Mənar", Fələstinin "əl-Qüds" və "əl-Media" şirkəti və həmçinin Rusiyanın "RT" telekanalının ofislərinə basqın edib. Telekanalların bağlanma təhlükəsi var. Qeyd edək ki, bu telekanallar son iki həftədə və xüsusilə də ötən günlərdə Qüdsdə və "əl-Əqsa" məscidində fələstinlilərə qarşı hüquq pozuntularını fəal şəkildə yayımlayırdı. Onu da qeyd edək ki, təkcə ötən gün "əl-Əqsa" ətrafında baş verən qarşıdurmalarda 2 fələstinli həlak olub və 62 nəfər müxtəlif dərəcələrdə yaralanıb. (islaminsesi) / Teqlər : #Sionist rejimi qüvvələri 4 məşhur müsəlman telekanalın ofisinə basqın edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Türkiyədə “Qüds azad olana qədər səs ver” mitinqi keçirilib - FOTO İşğalçı İsrail qüvvələri 42 fələstinlini həbs edib
Şeyx Sərdar Hacıhəsənli: Bu gün hegemon ölkələr sionistlərin arxasında durduğu üçün müsəlmanların qanı tökülür
Azərbaycanlı tələbələr işğalçı İsrail rejiminin Qəzzada törətdiyi cinayətləri pisləyən bəyanat yayımlayıb
HƏMAS bəzi ərəb və müsəlman ölkələrinin işğalçı İsrail rejimi ilə müştərək hərbi təlimlərə qoşulmasını pisləyib
Son 4 gün ərzində: ABŞ Dövlət katibi və sionist Israil rejiminin XİN başçısı ikinci dəfə danışıqlar aparıblar