Sionist rejim Məscidi Əqsada namaz qılmaq üçün icazə kağızı tələb edir

Təcavüzçü İsrail ordusu cümə günləri qadınlar və kişilərin Məscidi Əqsada namaz qıla bilməsi üçün icazə kağızı istəyir.
Maide.az xəbər verir ki, sionist rejim bunu “təhlükəsizlik” məqsədilə ilə tətbiq etdiyini açıqlayıb.
İsrail dövlət televiziyasının verdiyi xəbərə görə, icazə kağızı 16-30 yaş arası qadınlar, 30-50 yaş arası kişilərdən tələb edilir.
Bundan başqa, sionist rejim Ramallahdakı Beyt qəsəbə yoxlama məntəqəsini bağlayıb və fələstinlilərin girş-çıxışı qadağan edilib./

Google+ WhatsApp ok.ru