Sionist rejim Qəzzanın cənbuna hücum edib

Sionist rejim ordusunun qırıcı təyyarələri bu gün səhər Qəzzanın cənub bölgəsini bombalayıblar.
Maide.az-ın beynəlxalql KİV-lərə istinadən məlumatına ögrə, Sionist rejim hərbi təyyarələri avqust ayında elan edilən atəşkəsdən sonra Qəzzaya ilk hava hücumunu  Xan Yunus bölgəsinə edib.
Məlumata əsasən, F-16 qırıcı təyyarələri bu bölgəyə 3 rakt atıb.
Qəzza səhiyyə nazirliyi veridyi açıqlamada, hücum zamanı heç kimin xəsarət almadığı, raketin boş bir əraziyə düşdüyü qeyd edilir.
Hadisə şahidləri tərəfindən yaxınlıqda yeləşən evlərə gedən elektrik xəttinə zərər dəydiyi deyilir.
Xatırladaq ki, Sionist rejimin avqust ayında  Qəzzaya  50 gün davam edən hücumları nəticəsində 2142 fələstinli öldürülmüş, 11 min 100 nəfəri isə yaralanmışdı. /

 

Google+ WhatsApp ok.ru