Sionist rejim qüvvələri Qüdsə hücum edib

Sionist rejimin hərbçiləri ,  Qüds şəhəri  və İordan Çayının Qərb Sahilindəki müxtəlif bölgələrə hücum ediblər. 
Maide.az-ın məlumatına görə,   əməliyyatlar zamanı Sionist rejim əsgərləri Fələstin vətəndaşlarından bir qrupunu həbs ediblər.
“Bu gün Sionist rejim qüvvələri Qüds şəhərindən başqa İordan Çayının Qərb Sahilindəki müxtəlif şəhərlərə hücum ediblər . Hücum zamanı 34 fələstinlini o cümlədən iki qadını həbs ediblər.
Ötən bir neçə həftə ərzində , Sionist rejim əsgərləri müxtəlif bəhanələrlə Qüds şəhəri və İordan Çayının Qərb Sahilindəki şəhərlərə basqın edir və Fələstin vətəndaşlarını  həbs edirlər. /
 

Google+ WhatsApp ok.ru