Sionist rejim qüvvələri Ramallahda mitinq edən xalqa hücum edib

Sionist rejim qüvvələri Ramallahda mitinq edən xalqa hücum edib

Sionist rejim qüvvələri ötən gün Qərb Şəriyədə Ramallahın şimalında yerləşən Nəbi Saleh kəndində aclıq aksiyası keçirən fələstinli məhbuslarla həmrəylik məqsədi ilə keçirilən etiraz mitinqinə hücum edib.  
 
Maide.Az xəbər verir ki, işğalçı rejimin hücumu nəticəsində 8 fələstinli yaralanıb.
 
Sionist rejim hərbiçiləri etiraz mitinqi keçirən fələstinlilərə qarşı həqiqi güllələrdən istifadə edib. Yaralanmış  5 fələstinlinin vəziyyəti isə ağırdır.
 
Qeyd edək ki, İsrail rejiminin hərbiçiləri neçə gündür ki, Nəbi Saleh kəndinin giriş-çıxış yollarını bağlayıb və onların Ramallaha gediş-gəlişini qadağan edib. Rejim qüvvələri təcili yardım maşınlarına da Nəbi Saleh bölgəsinə giriş üçün icazə vermir. Fələstinlilər yaralıları öz şəxsi avtomobilləri ilə xəstəxanaya çatdırıb. /

Google+ WhatsApp ok.ru