Sionist İsrail qüvvələri 18 fələstinlini həbs etdi

İşğal İsrail ordusunun əsgərlərinin Əl-Xəlil və Nablus şəhərində 18 fələstinlini nəzarətə aldığı bildirilir.
 
Maide.az xəbər verir ki, Fələstin Əsirlər Cəmiyyətinin yazılı açıqlamasında, "İsrail əsgərlərinin Nablusdakı Balata və Hərbi Qaçqın Düşərgəsində çoxlu sayda evə basqın etməsi nəticəsində 12 fələstinlini həbs etdiyi", - deyilir.
 
Bəyanatda həmçinin əsgərlərin Əl-Xəlil şəhərində fələstinlilərə aid evlərə təşkil etdikləri digər bir hücumda, aralarında Ala ət-Tayti adlı jurnalistin də olduğu 6 nəfərin nəzarətə alındığı bildirilir.
 
İsrail əsgərləri bundan bir qədər əvvəl də "Bura Qüdsdür" adlı internet saytının redaktoru, jurnalist Mücahid Beni Muflah işğal altındakı Ramallahın Beytuniyə məhəlləsində, Ən-Nəcah Universitetinin rəsmisi Vəlid Məhəmməd Mahmud Əbu Zeynə isə Nablus şəhərində saxlanılıb.
 
Qeyd edək ki, İsrail qüvvələri Qərbi İordan və Qüdsdə tez-tez təşkil etdikləri basqınlarda, müxtəlif ittihamlarla Fələstinliləri həbs edir.

Google+ WhatsApp ok.ru